İşəgötürənlərə “Məşğulluq” alt sistemi barədə təqdimatlar edilib
Bu e-sistemin üstünlükləri diqqətə çatdırılıb, “Vakansiya bankı”na boş (vakant) iş yerləri barədə məlumatların daxil edilməsi prosedurları barədə işəgötürənlərə məlumatlar verilib.
Yeni və ya boşalan iş yerləri (vakansiya) barədə məlumatların “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində işəgötürənlər tərəfindən “Vakansiya bankı” daxil edilməli olduğu vurğulanıb.
Dövlət məşğulluq siyasətinin icrası, işsiz və işaxataranların məşğulluğunun təmin edilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, işəgötürənlərlə birgə aparılan işlər və qarşıda duran vəzifələr də müzakirə edilib.
Azvision.az