Ölkədə qız uşaqlarının sayı azalır - Cinsi nisbət pozulub

   Ölkədə qız uşaqlarının sayı azalır -    Cinsi nisbət pozulub
  18 May 2019    Oxunub:3520
Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.

Bundan başqa Azərbaycanda yeni doğulanların sayı ildən ilə azalmağa doğru gedir. 7 il üzrə statistik rəqəmlərə nəzər saldıqda bu azalmanın 32 min səviyyəsində olduğu aşkarlanır.

Azvision.az


Teqlər: Uşaq  





Xəbər lenti