Əhalinin sayı açıqlandı

 Əhalinin sayı açıqlandı
  18 May 2019    Oxunub:2790
Car ilin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu ilin I rübündə ölkədə 14 811 ölüm halı qeydə alınıb. Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.

Cari ilin üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3 972 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.

Azvision.az


Teqlər: DSK   Əhali  





Xəbər lenti