İlham Əliyev Ukraynanın yeni səfirini qəbul edib - FOTO

   İlham Əliyev Ukraynanın yeni səfirini qəbul edib -    FOTO
  17 May 2019    Oxunub:2121
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.
Azvision.az xəbər verir ki, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçdi. Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.



Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Səfir əminliyini ifadə etdi ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

Azvision.az


Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti