“Dövlət rüsumu haqqında” qanun birinci oxunuşdan keçdi

“Dövlət rüsumu haqqında” qanun birinci oxunuşdan keçdi
  17 May 2019    Oxunub:1632
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanuna əlavə edilməsi təklif olunan 32.1 maddəyə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.

Layihə I oxunuşda səsveməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   Qanun   Rüsum  





Xəbər lenti