Nazirlikdə sahibkarlarla görüş keçirilib
Ümumilikdə, 131 sahibkarın iştirakı ilə keçirilən görüşdə Bakı şəhərində yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, atmosferə atılmaların azaldılması, plastik tullantıların düzgün idarə olunması, dənizə axıdılan axarların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb, istehsalat və istismar prosesində ekoloji tələblərin yerinə yetirilməsi, ətraf mühitin qorunmasında seçilən şirkətlərin motivasiyası müzakirə olunub. Sahibkarların üzləşdikləri çətinliklərin öyrənilməsində, monitorinq və araşdırmalar aparılarkən sahibkarlarla qarşılıqlı əməkdaşlığın qurulmasında, şəffaf icazə və rəy sisteminin yaradılmasında nazirliyin maraqlı olduğu onların diqqətinə çatdırılıb.
Sonra sahibkarların müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Azvision.az
Teqlər: ETSN