Şəhid Milli Qəhrəmanın 10 yaşlı oğlu: “Pilot olmaq istəyirəm” - FOTOLAR

Şəhid Milli Qəhrəmanın 10 yaşlı oğlu:  “Pilot olmaq istəyirəm” - FOTOLAR
  14 Fevral 2019    Oxunub:8364
Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin oğlu Nurlan Mirzəyevin doğum günüdür.

Milli Qəhrəmanın oğlu 10 yaşını qeyd edir. Hazırda 4-cü sinifdə oxuyan Nurlanın ən böyük arzusu atası kimi hərbçi olmaqdır.


Şəhidin həyat yoldaşı Fizzə Mirzəyeva Azvision.az -a bildirib ki, oğlunun doğum günündə Murad Mirzəyevin məzarını ziyarət edəcəklər.

"Nurlan dərslərini çox yaxşı oxuyur. Müəllimləri də ondan razıdırlar. Murada yaxşı təhsil aldığı üçün Türkiyədə saat hədiyyə etmişdilər. Həmin saatı indi Nurlan qoluna taxır. Deyir ki, bu atadan mənə yadigardır. Hər zaman atasının adını yaşadacağını deyir. Bildirir ki, oğlum olsa, adını Murad qoyacağam. Hərbi sahəyə çox meyli var, pilot olmaq istəyir", - Fizzə Mirzəyeva deyib.













Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid-oğlu   Nurlan-Mirzəyev   Murad-Mirzəyev  





Xəbər lenti