“Pensiyalar iki gün ərzində artımla birlikdə veriləcək” - Nazirlik

   “Pensiyalar iki gün ərzində artımla birlikdə veriləcək” -    Nazirlik
  14 Fevral 2019    Oxunub:4707
“İki gün ərzində pensiyaların artımla birlikdə ödənişi həyata keçiriləcək”
Bunu Azvision.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov pensiyaların gecikməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, pensiyalar iki ayın artımı ilə birlikdə hesablara köçürüləcək.

“Bu, gecikmə deyil. Prezident İlham Əliyevin 7 fevral sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Sərəncamla nazirliyə tapşılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvar ayının 1-ə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılsın. Bu sərəncamın icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondu tərəfindən işlər həyata keçirilir və artıq yekunlaşmaq üzrədir. İki gün ərzində əmək pensiyalarının artımlarla birgə ödənişi həyata keçiriləcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti