İngiltərə şahzadəsinin qızı olacaq

İngiltərə şahzadəsinin qızı olacaq
  07 Mart 2013    Oxunub:1212
Ötən il təmtəraqlı şəkildə sadə ailədən olan bir qızla ailə quran İngiltərə şahzadəsi Uilyam qız atası olacaq.
Bu barədə onun həyat yoldaşı Keyt özü də bilmədən məlumat verib. İngiltərənin şimalında xalqla görüş zamanı Keyt Midlton hamilə olması ilə bağlı ağzından söz qaçırıb. Belə ki, ona bağışlanan oyuncaq ayını əlinə alan şahzadə "Bunu doğulacaq qızıma hədiyyə edəcəm" deyib.

Bununla belə Böyük Britaniyada hələ də doğulacaq körpənin cinsiyyəti ilə bağlı dedi-qodular bitmək bilmir. Bəzi bukmeyker kontorları dünyaya gələcək uşaqla bağlı külli miqdarda pul müqabilində hələ də mərc oyunlarını davam etdirir.


Teqlər:  





Xəbər lenti