“Pasportlar haqqında” qanuna dəyişiklik qəbul edildi

“Pasportlar haqqında” qanuna dəyişiklik qəbul edildi
  05 Oktyabr 2018    Oxunub:1265
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, dəyişiklik Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi ilə bağlıdır.

Qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti