Burada heç kimin işıq pulu borcu yoxdur

Burada heç kimin işıq pulu borcu yoxdur
  05 Oktyabr 2018    Oxunub:1606
Naxçıvan Muxtar Respublikasında Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin sentyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub.
AzVision.az xəbər verir ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd edək ki, sentyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 30 milyon 846 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 566 min 400 manat olub, cəmi 2 milyon 567 min 700 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,1 faizini təşkil edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Energetika   Naxçıvan   İşıq-pulu  





Xəbər lenti