Bakıda 150 ton bal satışa çıxarılacaq

Bakıda 150 ton bal satışa çıxarılacaq
  04 Oktyabr 2018    Oxunub:1850
Sabah Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasına başlanılacaq.
AzVision.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov jurnaslitlərə açıqlamasında bildirib ki, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub.

Onun sözlərinə görə, satış yarmarkasına daha çox Astara və Aran iqtisadi rayonlarından arıçılıq məhsulları gətirilib. A.Ömərov qeyd edib ki, hazırda Azərbaycanda 271.682 arı ailəsi var və hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur.

Nazirlik həmçinin əlavə edib ki, ən çox arı ailəsi Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581).

AzVision.az


Teqlər: Bal   Yarmarka  





Xəbər lenti