Tramp Qarabağ münaqişəsinin həllindən danışdı - (VİDEO)

“Gələcək aylarda Qarabağ münaqişəsinin nizamlanması üçün imkanlar açılacaq. Bu isə öz növbəsində ABŞ-Ermənistan əməkdaşlığı üçün də yeni imkanlar aça bilər. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tapılması istiqamətində tərəflərlə iş aparmağa hazırdır”, – deyə Tramp bəyan edib.
Məktubda həmçinin, Ermənistanda korrupsiya ilə mübarizə, qanunun aliliyinin təmin edilməsi, şəffaf məhkəmə sistemi və azad siyasi-iqtisadi rəqabət mühitinin yaradılması naminə Vaşinqtonun İrəvana dəstək verməyə hazır olduğu bildirilib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan DağlıqQarabağ ABŞ ATƏT