Bəzi universitetlərdə təhsil haqları artırılıb - SİYAHI

Bəzi universitetlərdə təhsil haqları artırılıb - SİYAHI
  14 İyul 2018    Oxunub:23427
2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına ödəniş haqlarında artımlar olub. Bundan əlavə bəzi ixtisaslar üzrə plan yeri artırıla da, bəziləri üzrə azalıb.

Təhsil eksperti Kamran Əsədov AzVision.az-a plan yerləri artırılan və ya azalan, eyni zamanda ödəniş haqlarında artım olduğu ali təhsil müəssisələri və ixtisaslar barədə məlumat verib.
Ekspert bildirib ki, Bakı Dövlət Universitetinin bütün ixtisasları üzrə 100 manat artım olub, yalnız III ixtisas qrupunda hüquq ixtisasının plan yeri 30 yer, təhsil haqqı isə 200 manat artırılıb. Universitetin Tarix müəllimliyi ixtisasının isə plan yeri 30 yer, təhsil haqqı isə 200 manat artıb. Bundan əlavə BDU-da korreksiyaedici təlim ixtisasının plan yeri 20 yer, təhsil haqqı 300 manat artıb.

Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dillər Universitetində təhsil haqları artmasa da, plan yerləri müəyyən ixtisaslar üzrə 10-15 faiz artıb. Bakı Slavyan Universitetində III ixtisas qrupunda Azərbaycan Dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə həm plan yeri 10 yer, təhsil haqqı 100 manat artıb".



K. Əsədov qeyd edib ki, IV ixtisas qrupu üzrə bu il yeni ixtisaslar salınıb, həm də olan yerləri və təhsil haqlarında ciddi dəyişiklər var.

"IV ixtisas qrupunda yeni fakültələr bunlardır: 1.Bitki mühafizəsi 2.Bağçılıq və tərəvəzçilik. IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb:

1.Müalicə işi: 460 yer (2017-ci ildə 585 yer idi), 125 yer azalıb. Təhsil haqqı 4500 AZN olub (2017 - ci ildə 3000 azn idi).

2.Stomotologiya: 15 yer (2017-ci ildə 85 yer idi), 70 yer azalıb. Təhsil haqqı 4000 AZN olub (2017-ci ildə 3000 azn idi).

3.Tibbi profilaktika: 35 yer (2017-ci ildə 65 yer idi), 30 yer azalıb.Təhsil haqqı 4000 AZN olub (2017-də 3000 azn idi).

4.Əczaçılıq: 35 yer (2017-ci ildə 60 yer idi), 25 yer azalıb. Təhsil haqqı 4000 AZN olub (2017-ci ildə 3000 azn idi).

I və II ixtisas qruplarında İqtisad Universitetinin ixtisaslarında təhsil haqqı artmasa da, plan yerləri artıb. V ixtisas qrupunda Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil haqları artmayıb, plan yeri 2017-ci ildə 925 yer olsa da, 2018-ci ildə kəskin şəkildə - 250 yer artaraq 1175 yer olub.

2018-ci il üzrə ən yüksək təhsil haqqı ADA-dadır. Belə ki, burda illik təhsil haqqı 6500 manatdır. Sonrakı yerdə Xəzər Universiteti gəlir ki, orda yüksək təhsil haqqı 5000 manatdır. Ondan sonra Bakı Dövlət Universitetinin Hüquq ixtisası gəlir, təhsil haqqı 4500 manatdır. Ölkədə ən ucuz təhsil haqqı isə 1000 manatdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   Universitet  





Xəbər lenti