“Elm ağacdırsa, onun kökü ali məktəbdir” - Akif Əlizadə

“Elm ağacdırsa, onun kökü ali məktəbdir” - Akif Əlizadə
  21 İyun 2018    Oxunub:1848
Azərbaycan Milli Elmlər Akademiyasında magistratura və doktoranturaya qəbulda İELTS VƏ TOEFL-un tətbiq edilməsi alimlərə beynəlxalq konfranslarda sərbəst şəkildə diskussiya aparmağa imkan verir.
AzVision.az xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib. O, bildirib ki, ali təhsil müəssisələrinə qəbulda İELTS və TOEFL tətbiq edilməlidir:

"Elm təhsilin ayrılmaz sahələrdir. Əgər bizim təhsilimiz axsayacaqsa, bunun elmə təsiri olacaq. Elm yüksək təhsilə arxalanmalıdır. Elm səmaya yüksələn bir ağacdırsa, onun kökü ali məktəbdir. Akademiyada son 5 il ərzində elmlə təhsilin inteqrasiyası istiqamətində addımlar atılıb. Bu addımlar daha da şaxələndirilməlidir".

A. Əlizadə qeyd edib ki, ali təhsil müəssisələrinin statusları bir-birindən fərqləndirilməlidir. O, əlavə edib ki, bu gün ali təhsil müəssisələri bir növ orta məktəb təhsilinin davamıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Təhsil  





Xəbər lenti