Buraxılış imtahanı verəcək şagirdlərin nəzərinə!

Buraxılış imtahanı verəcək şagirdlərin nəzərinə!
  14 İyun 2018    Oxunub:1987
İyunun 27-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayon və şəhərlərinin ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (IX və XI sinif) buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompyüterə “Adobe Reader” proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiqləyən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək mümkündür.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti