Təmayüllü siniflərdəki şagirdlərin sayı açıqlandı

Təmayüllü siniflərdəki şagirdlərin sayı açıqlandı
  12 İyun 2018    Oxunub:1877
Ümumtəhsil məktəblərinin təmayüllü siniflərinə 27 005 nəfər şagird qəbul edilib.
AzVision.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər şagird cəlb olunub.

Eyni zamanda 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub. Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti