Akif Əlizadə hesabat verdi - FOTO (Yenilənib)

Akif Əlizadə hesabat verdi -  FOTO (Yenilənib)
  08 İyun 2018    Oxunub:5023
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı keçirilir.
AzVision.az xəbər verir ki, AMEA prezidenti Akif Əlizadə 2017- ci il üzrə fəaliyyətinə dair hesabatını təqdim edib.

O, qeyd edib ki, ötən il AMEA-nın üzvlüyünə keçirilən seçkilərdə akademiyanın 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib: "Respublika üzrə 12 alim AMEA-nın professoru adına layiq görülüb. Elmi müəssisələr tərəfindən 2017-ci ildə 70-dən artıq əməkdaşlıq sənədi imzalanıb. 50-dən çox beynəlxalq tədbir keçirilib. Hesabat ilində 1500-ə yaxın elmi tədqiqat işi aparılıb, alınmış elmi nəticələr əsasında ümumilikdə 8900 məqalə və tezis, 532 kitab və monoqrafiya nəşr edilib, 50 patent alınıb".



AMEA-nın prezidenti qeyd edib ki, 2017-ci il akademiya üçün əlamətdar il olub. "Bu il prezident seçkiləri, Cümhuriyyətin 100 illik yubileyi keçirilib. Ölkədə fundamental quruculuq işləri davam edirilir. Həmçinin elm sahəsində çox səmərəli işlər görülüb. Cəmiyyətdə alim nüfuzunun artırılması üçün işlər aparılıb".

A.Əlizadə əlavə edib ki, hazırda respublikada 32 mindən çox alim elmi tədqiqatla məşğuldur. Bunların təxminən 30 faizi AMEA-nın əməkdaşlarıdır. "Bu gün Akademiyada təhsilin bütün pilləsi təşkil olunub, yalnız bakalavr pilləsi qalıb. Güman edirəm ki, bu məsələdə Prezident və Təhsil Nazirliyi tərəfindən dəstək veriləcək və bakalavr pilləsi üzrə elmi kadrlar hazırlanacaq".



Qeyd edək ki, AMEA-nın ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və təhsil naziri Ceyhun Bayramov iştirak edirlər.





Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Yığınacaq   Akif-Əlizadə  





Xəbər lenti