"Müəllim işləmək istəyənlərin sayı artıb" - Nazir

"Müəllim işləmək istəyənlərin sayı artıb" - Nazir
  07 İyun 2018    Oxunub:2237
Növbəti ildən Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.
AzVision.az xəbər verir ki, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, adıçəkilən ərazilərdə 2017-2018-ci tədris ili üzrə 1-ci sinfə qəbul elektron qaydada aparılır: “Son illər ərzində ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsini artırmaq üçün kifayət qədər addımlar atılıb. Son 4 ildə ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə çatdırılıb”.

Nazir bildirib ki, kurikulumla təhsil alanlar 2018-2019-cu il tədris mövsümündə 11-ci sinfə gedəcəklər: “İlkin tədqiqatlara əsasən, yeni proqramla təhsil alanların göstəriciləri əvvəlki şagirdlərin nəticələrindən aşağı deyil. Bir sıra fənlər üzrə məzmun və qiymətləndirməyə dair aparılan işlər Təhsil Nazirliyinin əsas tədqiqat marağındadır. Müəllim peşəsinin nüfuzunun artırılması üçün aparılan işlərin ilkin effekti artıq görünür. Son 3 ildə müəllim işləmək üçün müraciət edənlərin sayında 300 faizlik artım var".

Nazir deyib ki, daha şəffaf idarəedicilərin seçilməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılması, 1-ci sinfə qəbulun elektron qaydada aparılması istiqamətində müvafiq addımlar atılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti