12 müsəlman deputat İsrail həbsxanalarında cəza çəkir - (VİDEO)

Bildirilib ki, İsrail polisi Qərbi Şəria və Şərqi Qüdsdə hər gün evlərə basqın edərək müxtəlif iddialarla fələstinliləri həbs edir. Fələstin hökumətinin rəsmi məlumatına əsasən, İsrail həbsxanalarında 450-si inzibati məhbus, 12-si deputat və 300-ü uşaq olmaqla, ümumilikdə 700-dən çox fələstinli saxlanılır.
Qeyd edək ki, İsrailin işğal etdiyi Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi olub.
Leyla Elbrusqızı
AzVision.az