180 məhbus həbsxanadan qaçdı - (VİDEO)
Qəzetin yazdığına görə, qaçan 30 məhbusu taparaq həbsxanaya qaytarmaq mümkün olub. Digərləri hələ də azadlıqdadır.
Niger ştatının qubernatoru Sani Bello bəyan edib ki, bütün ştat üzrə həbsxana infrastrukturunun yaxşılaşdırılması və həbsxanalarda islahatlar məqsədilə ştat rəhbərliyi Nigeriya federal hökumətilə əməkdaşlıq edəcək. Hazırda isə ölkə hakimiyyəti məhbusların hansı şəraitdə qaçmaları və bunun səbəblərini araşdırır.
Leyla Elbrusqızı
AzVision.az