Naxçıvanda 278 nəfər 500-700 bal toplayıb

Naxçıvanda 278 nəfər 500-700 bal toplayıb
  05 İyun 2018    Oxunub:4158
Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290-ı, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd verib.
AzVision.az xəbər verir ki, sənəd verən məzunların 610-u (26,6 faizi) I ixtisas qrupunu, 617-si (26,9 faizi) II ixtisas qrupunu, 761-i (33,2 faizi) III ixtisas qrupunu, 148-i (6,4 faizi) IV ixtisas qrupunu, 154-ü (6,7 faizi) isə V ixtisas qrupunu seçiblər. Sənəd verən məzunların 1228-i, yəni 53,6 faizini oğlanlar, 1062-si, yəni 46,4 faizini qızlar təşkil edib.

2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi – yaz imtahanları artıq başa çatıb. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə sənəd qəbulu və yaz imtahanları nəticələrinin təhlili göstərir ki, muxtar respublika məktəbliləri imtahanlarda uğur qazanmışlar. Ali məktəblərə qəbul üçün sənəd vermiş 1578 məzun, yəni Naxçıvan şəhəri üzrə 333, Şərur rayonu üzrə 283, Babək rayonu üzrə 257, Ordubad rayonu üzrə 159, Culfa rayonu üzrə 191, Şahbuz rayonu üzrə 76, Kəngərli rayonu üzrə 98, Sədərək rayonu üzrə 35, Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 146 məzun uğurlu nəticə göstərmiş, 278 məzun 500-700 intervalında, 80 məzun isə 450-500 intervalında bal toplayıb.

Muxtar respublikanın kəndlərində yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir ki, 500-700 intervalında bal toplayan məzunlar içərisində kənd məktəbləri məzunlarının xüsusi çəkisi artıb. Məzunları yüksək bal toplamış 110 ümumtəhsil məktəbindən 79-u kənd məktəbidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Məktəb   İmtahan  





Xəbər lenti