İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır - (VİDEO)

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır - (VİDEO)
  24 May 2018    Oxunub:3293
İsrail parlamentinin deputatları qondarma "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.

AzVision.az xəbər verir ki, bu barədə Knessetin mətbuat xidməti məlumat yayıb.
""Erməni soyqırımı"nın tanınmaması İsrail dövlətinə mənəvi ləkədir. Xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə", - deyə təklifin müəllifi, "Mereç" partiyasının lideri Tamar Zandberq bildirib.



Qeyd edək ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda verilən qərar əvvələr bu kimi təşəbbüsləri bloklamağa çalışan hökumət tərəfindən normal qarşılanıb və heç bir etiraza səbəb olmayıb.

AzVision.az


Teqlər: İsrail   Erməni-soyqırımı  





Xəbər lenti