
Şəhidin dəfn mərasimində ailə üzvləri, rayon ictimaiyyətinin və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub. O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dörd bacısı olan Adil ailənin yeganə oğul övladı olub.





AzVision.az