Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!
  12 May 2018    Oxunub:2018
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 14 martda elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, ümumi müsahibələrin Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 17-18 mayda keçirilməsi nəzərdə tutulur.

Namizədlərlə ümumi müsahibələrin Mərkəzin Bakı şəhərində yerləşən inzibati binasında keçirilməsi planlaşdırılır. Ümumi müsahibəyə çıxarılan vəzifələr üzrə daha çox rəqabət Maliyyə Nazirliyin aparatı, Maliyyə xidmətləri üzrə siyasət şöbəsi, Maliyyə xidmətləri üzrə siyasət və büdcə proqnozu sektoru aparıcı məsləhətçi vəzifəsi üzrə müşahidə edilir. Həmin vəzifənin tutulması məqsədilə 1 vakant yer üzrə 10 namizədin müraciəti qeydə alınıb.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti