"İdeal müəllim" kitabı işıq üzü gördü - FOTOLAR

"İdeal müəllim" kitabı işıq üzü gördü - FOTOLAR
  12 May 2018    Oxunub:7094
Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının müəllimi Bəhmən Məmmədovun "İdeal müəllim" adlı kitabı çap olunub.
AzVision.az xəbər verir ki, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin ön söz yazdığı kitabda əsasən müəllimin praktiki fəaliyyəti əks olunub.



Kitabda ideal müəllim necə olmalıdır, müəllim sinfi necə idarə etməlidir, müəllim-şagird-valideyin münasibətləri necə qurulmalıdır və digər bu kimi məsələlərlə bağlı orjinal metodlar yer alıb. Müəllifin bundan öncə “Həndəsə” və “Riyaziyyatı öyrənə bilmə xəstəliyi” adlı kitabları nəşr olunub.



Təqdimat mərasimində çıxış edən professor Əjdər Ağayev bildirib ki, "İdeal müəllim" kitabında təhsil və tədrisin aktual problemlərinə özünəməxsus yanaşma mövcuddur.





Qeyd edək ki, Bəhmən Məmmədov BDU-da bakalavr, GDU-da magistratura və doktorantura təhsili alıb. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işçisi döş nişanı və fəxri fərmanla təltif edilib. O, həm də ölkəmizdə Pifaqor Akademiyasının (PI-Riyaziyyat) qurucusudur.











Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: İdeal-Müəllim   Kitab  





Xəbər lenti