"Əxlaq normalarına riayət edin!" - Müəllimlərə ciddi xəbərdarlıq

"Əxlaq normalarına riayət edin!" - Müəllimlərə ciddi xəbərdarlıq
  03 May 2018    Oxunub:2633
Məktəbdaxili intizam qaydalarına, habelə “Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqaviləsi 2 may 2018-ci il tarixdən ləğv edilib.
Bu barədə AzVision.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Müəllimlərin Etik Davranış Qaydaları”na uyğun olaraq, müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməli, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməlidir.

"Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Bütün təhsil idaəretmə qurumları bu kimi hallara qarşı barışmazdır və belə halların yolverilməz olduğunu bildirir".

Qeyd edək ki, S.Əliyeva birinci sinif şagirdini döyməkdə ittiham edilir.

AzVision.az


Teqlər: Təhsil-İdarəsi   Məktəb   Müəllim  





Xəbər lenti