"Atam dedi ki, halal olsun sənə" - Küçədən pul tapan məktəbli

"Atam dedi ki, halal olsun sənə" -  Küçədən pul tapan məktəbli
  02 May 2018    Oxunub:8102
Tovuzda küçədən 5 min manat taparaq sahibinə qaytaran 8-ci sinif şagirdi İdris Abbasova Təhsil Nazirliyinin hədiyyələri və “Təşəkkürnamə”si təqdim edilib.

Günlərdir haqqında danışılan məktəbli sevinc təəssüratlarını AzVision.az-la bölüşüb. Bildirib ki, hər kəs tərəfindən təqdir edilməsi və mükafatlandırılması onu həyacanlandırır.
“Hər kəs məni tərifləyir, məndən danışırlar. Atam bu əməlimə görə sevindi, Dedi ki, halal olsun sənə. Çox həyəcanlıyam. Bu mükafatları almağım mənim üçün böyük stimul oldu”.

İdris tapdığı pul kisəsində nə qədər pulun olmasından məlumatsızdır: "Mən pul qabını tapanda içinə baxmadım, nə qədər pul olduğunu bilmirəm".

3 uşaqlı ailədə evin ən böyük oğlu olan İdris dərslərinə normal hazırlaşır. Onun Azərbaycan dili və tarix fənlərində həvəsi var. Digər dərslərə bir o qədər də maraq göstərmədiyini deyib.

İdris gələcəkdə sənətkar olmaq istəyir, elektrik işinə maraq göstərir.



Qeyd edək ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə pulun sahibini taparaq pulu ona qaytarıb. Məktəbli ona təklif olunan mükafatdan da imtina edib.

Təhsil naziri Ceyhun Bayramov İdris Abbasovu örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edib.



Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Tovuz  





Xəbər lenti