“Formula 1” azarkeşləri Bakıya axışır - Otellərdə boş yer qalmayıb - (VİDEO)
“Bu yarışların dünyada azerkeşləri əsasən orta təbəqə və orta təbəqədən yüksək insanlardır. Bu gün dünynın müxtəlif ölkələrindən yarışı izləmək üçün ölkəmizə gələn turistlər də məhz onlardır. Yarışlara böyük maraq var. Dünyanın müxtəlif ölkələrindən Bakıya turistlər gəlir. Hazırda şəhərin mərkəzinda və yaxın ərazilərdə yerləşən otellərdə boş yer tapmaq çətin məsələdir”.
Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.
Aytən Zəhra
AzVision.az