Putin İlham Əliyevə başsağlığı verib

Putin İlham Əliyevə başsağlığı verib
  02 Mart 2018    Oxunub:1945
Rusiya prezidenti Vladimir Putin Bakıda Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar azərbaycanlı həmkarı İlham Əliyevə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

“Hörmətli İlham Əliyev! Bakı şəhəri, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğının törətdiyi faciə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda vurğulanıb.

Rusiya prezidenti eyni zamanda ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tez zamanda sağalmasını diləyib.

Eldar Tanrıverdiyev
AzVision.az
Конец переписки



Teqlər: Rusiya   Putin   İlham-Əliyev  





Xəbər lenti