Komitə 2200-ə yaxın inzibati protokol tərtib edib

  29 Yanvar 2018    Oxunub : 1007
Komitə 2200-ə yaxın inzibati protokol tərtib edib
Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1103 hal üzrə inzibati protokollar tərtib olunub.
AzVision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsində ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə komitə sədri Kərəm Həsənov deyib. O, qeyd edib ki, ümumilikdə indiyədək, 2200-ə yaxın inzibati protokol tərtib edilib.

Müşavirədə bildirilib ki, kənd təsərrüfatı məqsədi ilə 206 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilibdir. Aqrar sahənin inkişafı məqsədilə ötən il təyinatı dəyişdirilən 82 min hektar torpaq sahəsində 23 Aqropark yaradılıb. Bu dövrdə rayonlarda torpaq idarəçiliyi ilə bağlı 24 maarifləndirici İşgüzar Forumlar keçirilib.

Qeyd olunub ki, ötən il komitə bütün fəaliyyət sahəsində olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də əlçatanlığın, optimallığın artırılması, prosedurların sadələşməsi, şəffaflığın təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirib. 2017-ci il ərzində ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınibdır. Bundan başqa 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılib və texniki pasport tərtib edilibdir.

AzVision.az

Teqlər: Müşavirə   İnzibati-protokol