ABŞ Türkiyəyə ultimatum göndərdi - Diplomatik qalmaqal pik həddə çatıb (VİDEO)

ABŞ Türkiyəyə ultimatum göndərdi - Diplomatik qalmaqal pik həddə çatıb (VİDEO)
  11 Oktyabr 2017    Oxunub:34308
Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşının həbsindən sonra ABŞ və Türkiyə münasibətlərinin yaxşılaşması sual altındadır.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.



“Hesab edirəm ki, dövlət katibi digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də münasibətlərin yaxşılaşmasını istəyir. Əgər siz Rusiyaya diqqət etsəniz, bu, bizim əlaqələrimizi bərpa etmək istədiyimiz digər ölkədir. Lakin, Türkiyə hökumətinin qeyd edilən hərəkətləri ilə bağlı sual altındadır”, - deyə Nauert vurğulayıb.

Onun sözlərinə görə, hadisədən sonra ABŞ-Türkiyə münasibətlərində dəyişiklik baş verib. Nauert bildirib ki, dövlət katibi Reks Tillerson məsələ ilə əlaqədar türkiyəli həmkarı ilə hələlik danışıqlar aparmayıb.

Nauert vurğulayıb ki, saxlanılan konsulluq əməkdaşının indiyədək vəkillə görüşü təmin edilməyib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb. Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.

Diplomatik qalmaqal birjaya dərhal öz təsirini göstərib və Türkiyə lirəsinin ucuzlaşmasına səbəb olub. Milli valyuta bir gündə dollara və avroya nisbətdə 3 faiz dəyər itirib.

Qeyri-immiqrasiya vizaları turistlərə, həmçinin ölkəyə müalicəyə, biznes səfərlərinə, müvəqqəti işləməyə və ya təhsil almağa gələn xarici ölkə vətəndaşlarına verilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti