Kataloniyanın müstəqilliyi ilə bağlı bəyannamə imzalandı - (VİDEO)

Kataloniyanın müstəqilliyi ilə bağlı bəyannamə imzalandı - (VİDEO)
  11 Oktyabr 2017    Oxunub:3803
Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel ötən gün müstəqillik haqqında bəyannaməni imzalayıblar.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müstəqillik haqqında sənədi 72 deputat imzalayıb.
Hakim koalisiyadan qeyd olunan bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını bildiriblər.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Katolonların 90 faizi müstəqilliyin lehinə səs veriblər.

Məlumata görə, müsadirə olunan bülletenlər çıxmaqla 2 milyon 262 min 424 seçicidən 2 milyon 20 min 144 nəfəri müstəqilliyin tərəfdarı olduğunu bildirib. 176 min 566 seçici isə müstəqilliyin əleyhinə səs verib. 45 min 586 bülleten boş, 20 min 129 bülleten isə etibarsız hesab olunub.



Kataloniyada polislə referendum tərəfdarları arasında qarşıdurmalar olub. Baş verən qarşıdurmalar zamanı 761 nəfər xəsarət alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kataloniya  





Xəbər lenti