Tramp səhiyyə nazirini istefaya göndərdi - (VİDEO)

Tramp səhiyyə nazirini istefaya göndərdi - (VİDEO)
  30 Sentyabr 2017    Oxunub:2543
ABŞ prezidenti Donald Tramp ölkənin səhiyyə və sosial xidmət naziri Tomas Praysı istefaya göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ ev rəsmi məlumat yayıb. Bildirilib ki, nazir Tomas Prays istefa ərizəsi yazıb və prezident onu qəbul edib. Nazirin səlahiyyətlərini onun müavini Don Rayt icra edəcək.



Sabiq nazir barəsində büdcə vəsaitləri hesabına özəl çarter aviareyslərindən istifadə etmək barədə araşdırma aparılır. Prays israfçılığa yol verdiyini etiraf edib və xərclənən pulları geri qaytaracağına söz verib.

Qeyd edək ki, xidməti uçuşlar üçün çarter reyslərinə 300 min dollar xərclənib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti