Türkiyə Avropa çempionatının yarımfinalında

Türkiyə Avropa çempionatının yarımfinalında
  30 Sentyabr 2017    Oxunub:2135
Qadınlar arasında voleybol üzrə Avropa çempionatının sonuncu yarımfinalçısı müəyyənləşib.
Milli Gimnastika Arenasında keçirilən Türkiyə-Rusiya qarşılaşmasında gözlənilməz nəticə qeydə alınıb. Türkiyə yığması güclü rəqibinə 3:0 (27:25, 25:18, 25:20) hesabı ilə qalib gələrək Avropa çempionatının yarımfinalına yüksələn dördüncü komanda olub.

Türkiyə voleybolçuları yarımfinalda Serbiya millisi ilə qarşılaşacaqlar.

AzVision.az


Teqlər: AVRO-2017   Türkiyə  





Xəbər lenti