Ban Ki mun Əsədi ittiham etdi

Ban Ki mun Əsədi ittiham etdi
  14 Sentyabr 2013    Oxunub:1246
BMT-nin baş katibi Əsədi insanlığa qarşı cinayət törətməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, BMT-nin baş katibi Ban Ki mun bildirib ki, prezident Bəşər Əsədin rəhbərliyi ilə Suriya rejimi insanlığa qarşı çoxsaylı cinayət törətməkdə təqsirlidir. O həmçinin qeyd edib ki, Suriyada kimyəvi silah tətbiqi haqqında hesabat artıq ona təqdim edilib. Lakin sənədin nəticəsinin nə vaxt elan olunacağı məlum deyil.

Ban Ki mun Suriya prezidenti Bəşər Əsədi insanlığa qarşı cinayət törətməkdə ittiham etsə də, kimyəvi silah tətbiqi üçün onu məsuliyyətli bilməyib. Onun sözlərinə görə, Suriyada kimyəvi silah tətbiqi ilə bağlı ittihamlar hesabat elan olunduqdan sonra məlum olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti