“Qarabağ münaqişəsinin həllinə kömək etməyə çalışırıq” - ABŞ səfiri - (VİDEO)

“Qarabağ münaqişəsinin həllinə kömək etməyə çalışırıq” - ABŞ səfiri - (VİDEO)
  26 Sentyabr 2017    Oxunub:3409
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir"

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
"Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsdərlərinin yaxın vaxtlarda regiona səfəri gözlənilir. Biz münaqişə tərəflərini bir araya gətirərək münaqişənin həllinə kömək etməyə çalışırıq"- Sekuta bildirib.



Səfir eyni zamanda ANAMA-nın fəaliyyətini də yüksək qiymətləndirib: "1999-cu ildən bəri ABŞ Azərbaycanda humanitar mina təmizləmə işlərinə 30 milyon dollar ayırıb və Ceyrançöl layihəsinin təmizlənməsinin ilk iki mərhələsində aparıcı ölkə olmuşuq. Bu Azərbaycan və ABŞ-ın birgə uğurla əməkdaşlıq etdiyi sahələrdən biridir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Qarabağ   Sekuta  





Xəbər lenti