BMT TŞ Suriya planını müzakirə etdi

 BMT TŞ Suriya planını müzakirə etdi
  12 Sentyabr 2013    Oxunub:1262
Rusiya özünün ayrıca planının nəzərdən keçirilməsini istəyir
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü Nyu-Yorkda Suriyanın öz kimyəvi silahlarını beynəlxalq nəzarətə verməsi planını müzakirə edir.

Böyük Britaniya, ABŞ və Fransa Suriya hökumətini bütün şərtləri yerinə yetirməyə məcbur edəcək qətnamə layihəsinin hazırlanmasının tərəfdarıdır, Rusiya isə Suriya tərəfdən bütün şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə, bu sənədin heç bir öhdəlik nəzərdə tutmamasını istəyir.

Rusiya tərəfi ümid edir ki, sabah Cenevrədə Rusiyanın xarici işlər naziri Serqey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerrinin görüşündə Rusiyanın təklif etdiyi plan nəzərdən keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti