Obama Sarkisyana məktub göndərdi

Obama Sarkisyana məktub göndərdi
  12 Sentyabr 2013    Oxunub:1015
Ermənistan prezidenti sentyabrın 11-də ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti yeni vəzifəyə təyin olunması münasibətilə Ceyms Uorliki təbrik edib və ona “olduqca önəmli missiyasında uğurlar” diləyib. Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Mİnsk qrupunun səylərini yüksək qiymətləndirib.

Ermənistan prezidenti və səfir Uorlik Qarabağ üzrə danışıqlar prosesinin hazırkı və gələcək perspektivlərini müzakirə ediblər.

Ceyms Uorlik ABŞ prezidenti Barak Obamanın məktubunu Serj Sarkisyana təqdim edib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti