Plastik pullar dövriyyəyə buraxılacaq

Plastik pullar dövriyyəyə buraxılacaq
  11 Sentyabr 2013    Oxunub:1243
The Guardianın məlumatına görə, bu pullar saxtalaşdırılmaqdan etibarlı şəkildə qorunur
İngiltərə Bankı bildirir ki, ənənəvi funtu əvəzləyəcək plastik pullar yuyula bilən polimerdən düzəldilib. İlkin dəyərləndirməyə görə onlar kağız əksinaslardan 6 dəfə çoxömürlü olacaq. Dövvriyəyə buraxılması 2016-cı ilə planlaşdırılan yeni pullar paltaryuyan maşında 120 dərəcə iistilikdə yuyulmağa məruz qoyulsa belə, salamat qalacaq. Analitiklər isə hesab edirlər ki, bu 100 milyon fint qənaətə imkan yaradacaq.

İlk dəfə üzərində Uinston Çerçilin əksi lolsn 5 funtluq əksinaslar buraxılacaq. Bütün əksinasların üzərində kraliçaların əksləri və həmçinnin rəng çalarları əvvəlki kimi qalacaq.

S.Həsənova


Teqlər:  





Xəbər lenti