Papaya “Renault” bağışladılar

Papaya “Renault” bağışladılar
  11 Sentyabr 2013    Oxunub:1118
İtaliyalı keşiş papa Fransiskə 20 yaşlı avtomobil bağışlayıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, italiyalı keşiş Vatikan ətrafında sürmək üçün papa Fransiskə ağ rəngli Renault-4 avtomobili hədiyyə edib. Avtomobilin 20 yaşı olduğu bildirilib. Hədiyyəni qəbul etdikdən sonra papa onu sürüb.

Papa Fransiskin sözlərinə görə, Argentinada yaşayarkən həmin avtomobildən sürüb. O, məmurları Vatikanda bahalı avtomobildən istifadə etməməyə çağırıb.

Keşiş Renzo Zokka Famiglia Cristiana jurnalına bildirib ki, Fransiskin `kasıblar üçün kilsə` yaratmaq niyyətini nəzərə alaraq avtomobili ona hədiyyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti