Taksim yenidən qarışdı

Taksim yenidən qarışdı
  11 Sentyabr 2013    Oxunub:1100
İstanbuldakı Taksim meydanı yenidən gərgin dəqiqələr yaşamağa başlayıb.

Türkiyənin "Hürriyet" qəzeti bildirir ki, hadisələrə səbəb Türkiyənin Hatay vilayətində Taksimlə bağlı etirazlara qatılan Ahmet Atakan adlı gəncin ölməsi olub. Taksim hərəkatının üzvləri bu gün səhər bununla bağlı təcili yığıncaq keçiriblər və Ahmet Atakanı anmaq üçün Taksimdə görüşməyi qərara alıblar.

Eyni zamanda paytaxt Ankaranın Kızılay prospektində doqquz yerdə görüşmək qərara alınıb. Bununla bağlı Taksim və Kızılayda polis hərəkətə keçib, Gəzi parkı bağlanıb. Polis etirazçılara qarşı bibər qazı,təzyiqli sudan istifadə edib və onları dağıdıb.
Lakin nümayişçilər Qalatasaray liseyinin önündə yenidən toplaşaraq, İstiklal Caddəsində yürüşə başlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti