Obama Konqresi yola gətirə biləcəkmi?

Obama Konqresi yola gətirə biləcəkmi?
  09 Sentyabr 2013    Oxunub:1080
Obama ABŞ konqresinin üzvləri ilə Suriya müzakirələrini davam etdirir.
Birləşmiş Ştatların prezidenti Barak Obama Konqres üzvlərini Suriya ilə bağlı qətnaməni qəbul etməyə razı salmağa çalışır. Bu məqsədlə o, vitse-prezident Cozef Baydenlə birgə ötən gecə bir qrup respublikaçı senatorlarla görüşüb. Qeyd edək ki, Obamanın Suriyaya hərbi müdaxilə ilə bağlı təklif etdiyi qətnamədə yalnız havadan hücum nəzərdə tutulub.

Müzakirələr bir saatdan artıq davam edib. Ağ evdən verilən məlumata görə danışıqlarda 6 respublikaçı senator iştirak edib.

Sabah isə Barak Obamanın Kapitoliyə gedərək demokratlarla da görüşəcək. Elə həmin gün Obama xalqa müraciətlə çıxış edəcək.

CNN-nin məlumatına görə hazırda 100 senatordan 25-i Obamanın təklif etdiyi qətnaməni dəstəkləyir, 20 senator əleyhinədir, 55-i isə bitərəf mövqe nümayiş etdirir. Nümayəndələr palatasının isə 435 üzvündən 24-ü sənədin lehinə, 123-ü isə əleyhinə çıxış edir, qalanları isə hələlik bir qərar verməyiblər.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti