Ermənistanda polis rəisi qubernatorun qohumunu döydü

Ermənistanda polis rəisi qubernatorun qohumunu döydü
  28 Fevral 2017    Oxunub:1381
Ermənistanda Gorus şəhərinin polis rəisi Gevork Azizyan başda olmaqla, bir qrup polis əməkdaşı Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçartyanın qardaşı oğlunu döyüb.

AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, hadisə polis rəisi Azizyanın otağında baş verib.

Məlumata əsasən Xaçatryanın qardaşı oğlu Edmon Xaçatryanın qadın polis əməkdaşı ilə görüşdüyü üçün döyüldüyü bildirilir.

Xəstəxanaya aparılan E. Xaçatryana yardım göstəriləndən sonra o, evə buraxılıb.

Hazırda hadisə ilə bağlı istintaq başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti