Dövlət Bahçeli: “Türk millətinin ürəyi Qarabağla döyünür”

Dövlət Bahçeli: “Türk millətinin ürəyi Qarabağla döyünür”
  28 Fevral 2017    Oxunub:2098
“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasının səbəbkarı, atəşkəsi pozan, pozuntulara yol açan günahkar Ermənistandır”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyasının qrup toplantısında deyib.

O, çıxışı zamanı xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb: “Türkiyənin də iştirak etdiyi ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib. Artıq zaman daralır, dözüm tükənir. Ermənistan atəşkəs rejimini pozmağı dayandırmalı və qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır. Türk millətinin ürəyi Dağlıq Qarabağla döyünür. 25 əvvəl Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: #MHP   #Türkiyə   #Qarabağ  





Xəbər lenti