Rus hərbçilərə hücum edildi -Ölən və yaralılar var

Rus hərbçilərə hücum edildi -Ölən və yaralılar var
  20 Fevral 2017    Oxunub:2921
Suriyada avtomobilin partladılması nəticəsində Rusiyanın 4 hərbçisi ölüb, 2-si yaralanıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən hadisə fevralın 16-da baş verib. Hərbçilərin avtomobil karvanı Suriyanın Tiyas rayonundakı hava limanından Homs şəhərinə doğru hərəkət edərkən partlayış olub.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti