Qar uçqunu: 2 uşaq ölüb, 11 nəfər xilas edilib

Qar uçqunu: 2 uşaq ölüb, 11 nəfər xilas edilib
  19 Fevral 2017    Oxunub:1157
Ötən gecə Qırğızıstanın Oş vilayətinin Jaş-Tilek kəndində bir neçə ev qar uçqununun altında qalıb, 2 uşaq ölüb, 11 nəfər xilas edilib.

Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, son günlər yağan güclü qar dağlıq rayonlarında həyatı iflic edib. Bəzi yerlərdə qarın hündürlüyü iki metrə çatır. Bəzi evlərin damı qarın ağırlığına tab gətirməyərək uçub.

Nazirliyin əməkdaşları hadisənin fəsadlarını aradan qaldırmaq üçün tədbirlər görürlər.

AzVision.az



Teqlər:





Xəbər lenti