Həmsədrlər bəyanat verdi - Separatçı ermənilərə zərbə

Həmsədrlər bəyanat verdi - Separatçı ermənilərə zərbə
  17 Fevral 2017    Oxunub:1932
"Ermənistan və Azərbaycan daxil olmaqla, tərəflərdən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır".

AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunu olaraq yaydığı bəyanatda bildirilir.

Həmsədrlər bəyanatda 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmədiklərini vurğulayıblar: “Həmsədrlər həmçinin qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir”.

Həmsədrlər cari ilin mart ayında regiona səfər etməyi planlaşdırırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti