Tillersonun Lavrovla görüşündə sözünü kəsdilər

Tillersonun Lavrovla görüşündə sözünü kəsdilər
  16 Fevral 2017    Oxunub:1802
ABŞ dövlət katibi Reks Tillersonla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ilk görüş keçirilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, görüş Almaniyanın Bonn şəhərində baş tutub. Görüşdə çıxış edən Lavrov deyib: “Müzakirə ediləsi bir çox məsələlər var. Bu, əsasən bizim prezidentlərin telefon söhbəti zamanı müzakirə etdiyi mövzulardır. Mən ümid edirəm ki, biz bu mövzuların hər biri üzrə gələcək işlərimizin parametrlərini müəyyən edə bilərik”.

Lakin ilk görüşdə təşkilatçılar ABŞ dövlət katibi Reks Tillersona sözünü axıra kimi deməyə imkan verməyiblər.

“Sağ olun, cənab Lavrov, mən də sizi görməyə şadam” sözlərini dedikdən sonra təşkilatçılar dövlət katibinin sözünü kəsərək jurnalistləri otağı tərk etməyi xahiş ediblər.

Buna baxmayaraq “AP” agentliyinin jurnalisti Metyu Li rusiyalı nazirə sual verə bilib.

Qeyd edək ki, görüşdə ikitərəfli münasibətlər, eləcə də aktual beynəlxalq məsələlər müzakirə olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti