`Cəfər Cabbarlı` stansiyasının 1-ci yolu bağlanır

`Cəfər Cabbarlı` stansiyasının 1-ci yolu bağlanır
  06 Dekabr 2016    Oxunub:1741
Noyabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.

Onun sözlərinə görə, “Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.

Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti